Hayların reallıqdan uzaq XƏYALLAR ALƏMİ - TƏHLİL

Dünya düzənində baş verən dəyişiklikləri, yenilikləri sanki Ermənistan heç görmür. Bütün dünya ictimaiyyəti beynəlxalq miqyasda hansısa qlobal məsələlərin həlli barədə düşündüyü halda, haylar hələ də sərsəm xəyalların qulu olaraq, özlərinə məxsus hansısa aləmin məxluqları kimi davranırlar. Hələ də reallıqlardan uzaq olan ermənilər sanki xəyallar aləmində yaşayırlar və hələ də hansısa utopiyanın təsirindən çıxa bilmirlər.

Haylar reallıqları olduğu kimi qəbul etsəydilər, real layihələrə, inkişafa maraq göstərsəydilər müstəqil olardılar, oyuncağa çevrilməzdilər

Ötən əsrin əvvəllərində də, sonunda da eyni şəkildə sərsəm ideyalara uyaraq, qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edən haylar bunun mənasız olduğunu, onların fəlakətinə gətirib çıxardığını elə bil ki, başa düşmək istəmirlər. Hər dəfə Cənubi Qafqazda qırğınlar, soyqırımlar törədən bir toplum sonda özü də faciələrlə qarşılaşmaqdan deyəsən heç bir dərs almayıb. Dərs almış olsaydı bu, davamlı şəkil almazdı. Haylar reallıqları görmüş və başa düşmüş olsaydılar, bu qədər “oyun” oynamazdılar. Çünki reallıqları yalnız görməklə başa düşərdilər ki, qurduqları hiyləgər və xain “oyunlar” gec-tez “öz başlarında çatlamış” olacaq. Məsələ burasındadır ki, öz qonşularına, özü də onlara yer verən, yerlərini də daha yaxşı, daha səfalı yerlərdən ayıranlara qarşı nifrət hissinin nə demək olduğunu belə çıxır, haylar nəinki başa düşməyiblər, heç başa düşmək də, qəbul etmək də istəmirlər. Bax elə bu da onların hazırki vəziyyətə düşmələrin səbəb olub. Türklərə qarşı nifrət hissinin təsiri altında olan haylar zaman-zaman öz qərəzli, düşmən mövqelərini ortaya qoymaqla müxtəlif faciələr törədiblər, amma bunun ardınca onlar özləri də az məşəqqətlər, zülümlər görməyiblər. Daim hansısa iyanələrə, yardımlara göz dikmələri də bu baxımdan səbəbsiz sayılmır.

Cənubi Qafqaza bir zamanlar köçürülən hayların elə məhz həmin ərazilərin əsl sahiblərinin boğazında “kal armud” olmaları bir reallıqdır və özləri bu reallığı nə qədər tez görmüş, tez başa düşmüş olsalar bir o qədər özləri üçün yaxşı olar. İlk növbədə əlbəttə ki, özləri üçün yaxşı ola bilər, çünki reallıqdan uzaq olanlar hər şeydən uzaq düşmüş olurlar. Əgər haylar reallıqları vaxtında görmüş, dərk etmiş olsaydılar, işğalçılıqdan əl çəkərək, qlobal və regional layihələrə maraq göstərərdilər və indi səfalət içərisində olmazdılar. Əgər zamanında iqtisadi baxımdan inkişaf barədə düşünsəydilər, dövlətin iqtisadi inkişafının daha vacib olduğunu anlayaraq qəbul etsəydilər, bu qədər asılı vəziyyətdə qalmaz, bir zamanlar Rusiyanın, indi də Qərbin oyuncağına çevrilməzdilər.

Xülyalardan əl çəkmədikcə xəyallar aləmindən uzaqlaşmaq mümkün olmadığı üçün həmin aləmi tərk edə bilmirlər

Hər zaman haylar əvvəla, öz xislətlərinə uyğun şəkildə davranış nümayiş etdiriblər. Əvvəlcə özlərinə “yer ediblər” və bundan sonra da özləri üçün yer elədikləri ərazilərdən birbaşa Azərbaycan ərazilərinə, Türkiyə kimi digər qonşu ölkələrin ərazilərinə də göz dikiblər. Daha doğrusu ərazi iddiası ilə çıxış ediblər, özlərinə məxsus olmayanı mənimsəməyə çalışıblar. Düzdür, haylar məhz məskunlaşdıqları ərazilərdən məhz elə ərazi iddiasında olduqlarına görə qovulublar və faciəvi şəkildə sonluqla qarşılaşmalı olublar. Çətin ki, yaddaşlarına həkk edilən həmin faciələrinin səbəbkarlarının məhz özləri olduğunu, özlərini elə özləri həmin faciəyə sürüklədiklərini belə çətin ki, başa düşməsinlər. Çox yaxşı başa düşürlər ki, günah onların özlərində olub, yenə də özlərindədir və törətdiklərinin hesabını da vermələri sadəcə olaraq, ilk növbədə haqqın, ədalətin qələbəsi, təntənəsidir. Ən azından dərk etmək məcburiyyətindədirlər ki, onsuz da onlara nə torpaqlar qismət olur, nə iddia etdikləri ərazilərə məxsus təbii sərvətlər, resurslar onların olmur. Son nəticədə hər birinin sahibi özünə məxsus olanı onların əlindən alır, müvəqqəti olaraq istismar etmələrinə də son qoyulur. Bax, əsl həqiqətlər, reallıqlar bunlardır və bu həqiqətləri, bu reallıqları nəzərə almadan hansısa xülyalarla yaşamaq məhz xəyallar aləmində olmaq deməkdir ki, haylar da həmin aləmi deyəsən tərk edə bilmirlər.

Bölgədə vəziyyəti öz xislətlərinə uyğun şəkildə gərginləşdirməsəydilər, özləri də gərgin vəziyyətə düşməzdilər

Əgər Cənubi Qafqazın bu “gəlmə” tayfası reallıqları qəbul etmiş olsaydı, elə regionda da normal şəkildə yaşayışını davam etdirə bilərdi. Bölgədə vəziyyəti ən azından öz xislətlərinə uyğun şəkildə gərginləşdirməsəydilər özləri də gərgin vəziyyətə düşməzdilər. Əgər inkişafa nail olmaq, uğur, nailiyyət əldə etmək barədə düşünsəydilər düz 30 ilə yaxın, əsrin üçdə birinə yaxın dövr ərzində gözlərini açıb baş verənlərə, qlobal layihələrə baxa bilərdilər və iqtisadi baxımdan inkişafın nə demək olduğunun fərqində olardılar. Heç olmasa Azərbaycan nümunəsi onlara kifayət etməli idi. Görməli idilər ki, onlar əraziləri işğal etməklə, viran qoymaqla, təbii sərvətləri talan etməklə, fauna və floraya zərər vuraraq ekoloji terrorla məşğul olmaqla başlarını qarışdırdıqları, zaman itirdikləri dövr ərzində Cənubi Qafqazda qlobal və regional layihələr reallaşır və region ölkələri bundan hər mənada, hər istiqamətdə faydalanırlar. Heç olmasa 44 günlük müharibə dönəmində Azərbaycanın hansı qüdrətə, hansı gücə, hansı potensiala sahib olduğunu, inkişafının hansı dərəcəyə gəlib şatdığını görməli idilər və başa düşməli idilər ki, qərəzdən, pislikdən, ilk növbədə işğalçılıqdan əl çəkib normal münasibətlərə üstünlük verməməklə özləri özlərini geri salıblar və səfalətə, hətta məhvə doğru sürükləyiblər. Elə əsl həqiqərlər, əsl reallıqlar bundan ibarətdir və bunu gec olsa başa düşmək, zərb məsəldə deyildiyi kimi, ziyanın yarısından da olsa qayıtmağın məqsədəuyğun olduğunu anlamaq da yetərli idi. Məsələ burasındadır ki, deyəsən haylar hələ də reallıqları başa düşmək kimi niyyətdə də deyillər, əks halda biz bunu heç olmasa son dövrdə belə görə, müşahidə edə bilərdik.

Reallıqları görməməzliyə vurmaqla, nəyə isə nail olacağı qənaətində olan rəsmi İrəvan xam xəyallara düşmüş olur və xəyallar aləmində qalır

COP29 kimi bir beynəlxalq tədbirin planlaşdırıldığı və keçirildiyi dövrdə müşahidə etdik ki, rəsmi İrəvanın həmin tədbirə qatılmaq üçün iradəsi, qətiyyəti çatmır və tərəddüd etdiyi də bəlli oldu. Bəlli oldu ki, Ermənistan tərəfi hələ də reallıqlarla barışmaq istəmir və ümimiyyətlə, Azərbaycanın belə bir tədbirə, qlobal miqyaslı tədbirə ev sahibliyi etməsini həzm edə bilmir. Xüsusən də ölkəmizin uğurları, nailiyyətləri Ermənistan tərəfindən qısqanclıqla qarşılanır və iştirak etməkdən imtina olunması özü də bunun sübutudur. Lakin haylar başa düşə bilmirlər ki, onların iştirak edib-etməmələrindən asılı olmayaraq, Azərbaycan həmin beynəlxalq tədbirə ev sahibliyi etdi və kimlərsə tədbirin uğurla başa vurulmasına zərrə qədər də olsa mənfi təsir edə bilmədilər. Əksinə, nə etdilərsə, ilk növbədə özlərinə etdilər və dünya ictimaiyyəti bir daha əmin oldu ki, qlobal miqyasda olan məsələlər, problemlər Ermənistan üçün heç də maraqlı deyil.

Ermənistan hər zaman olduğu kimi, dünyanın qarşılaşdığı, yaxud da qarşılaşmaqda olduğu, qarşılaşa biləcəyi problemlərin, məsələlərin aradan qaldırılması üçün zərrə qədər də səy göstərmək niyyətində olmadığı bir daha öz təsdiqini tapdı. Görünən odur ki, haylar bəşəriyyəti narahat edən məsələlərin, problemlərin aradan qaldırılmasına deyil, yeni-yeni problemlər yaratmağa meyillidirlər. Hər halda, 30 ilə yaxın müddət ərzində ekoloji terrora imza atan, işğal etdikləri Azərbaycan ərazilərində fauna və floraya, ətraf mühitə vurduqları zərəri də dünya ictimaiyyəti yaxşı bilir və nəzərə də alır. Məhz bu rakursdan baxdıqda görürük ki, mövcud reallıqları görməməzliyə vurmaqla, bunlara qarşı gəlməklə, nəyə isə nail olacağı qənaətində olan rəsmi İrəvan xam xəyallara düşmüş olur və haylar reallıqlardan uzaq olmaqla, hələ də xəyallar aləmində qalmış olurlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə