...Bütün qurbanlar 1346-1353-cü illər arasında yaşayış məntəqələrindən uzaqda, tək bir yerdə dəfn ediliblər. Alimlər belə ən böyük məzarlardan birini kəşf etdiklərinə inanırlar, lakin yalnız genişmiqyaslı qazıntılar qəti nəticəyə gəlməyə imkan verəcək.
SİA-nın məlumatına görə, Almaniyanın tərk edilmiş Neuss kəndi yaxınlığında tələsik kütləvi məzarlıqda basdırılmış çoxsaylı insan qalıqları aşkar edilib.
Leypsiq Universitetinin coğrafiyaşünası Michael Hein bildirib ki, bu, 1346-cı ildən 1353-cü ilə qədər Avropada yayılmış vəba dövrünə aid ən böyük dəfndir.
Popular Science jurnalına görə, aşkar edilmiş məzar Erfurt Salnaməsində qeydə alınanların ən böyüyüdür. Lakin bu suala qəti cavab yalnız tammiqyaslı qazıntıdan sonra mümkün olacaq.
Arxeoloqlar torpağın quruluşundakı fərqləri aşkar etməyə imkan verən elektrik müqavimət tomoqrafiyasından istifadə edərək dəfn yerini tapa biliblər.
Cənubi Afrikadakı arxeoloqlar qədim insanların zəhərli oxlardan istifadə etdiyinə dair dəlillər tapıblar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB