Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovla bağlı iddia gündəmdədir. R.Kadırova müxalif qüvvələrə məxsus müxalif “Telegram” kanallarında yayılan məlumatlara əsasən, Adəm Kadırov paytaxt Qroznıda avtomobil qəzası keçirib.
Məlumatda deyilir ki, o, reanimasiyaya aparılıb və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Onun vəziyyətinin ağır olduğu iddia olunur.
Məlumata görə, R. Kadırovun kiçik oğlunun korteji yüksək sürətlə hərəkət edirmiş. Yolda qəfil yaranan maneə səbəbindən avtomobillər bir-birinə çırpılıb və çoxsaylı xəsarət alanların olduğu qeyd edilir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB