BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti COP29-dan gözləntilərini açıqlayıb
“Keçən il COP28 zamanı müxtəlif nümayəndə heyətlərinin, danışıqlara rəhbərlik edən qadınların sayını izləmişik. Statistikaya əsasən, yerli nümayəndə heyətlərinin yalnız 30 faizini, xarici nümayəndə heyətlərinin isə cəmi 2 faizini qadınlar təşkil edib”. SİA xəbər verir ki, bu sözləri noyabrın 21-də keçirilən mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza söyləyib.
O bildirib ki, qadınlar təkcə iqlim üçün həlledici deyil, həm də qurbandırlar. Qadınların və qızların iqlim təsirlərindən həyatlarını itirmə ehtimalı kişilərə nisbətən 14 dəfə çoxdur. İqlim maliyyəsi üçün danışıqların artıq son günüdür. Çağırış iqlim maliyyəsi üçündür. Söhbət daha təsirli uyğunlaşma, möhkəmlik, dekarbonizasiya yollarından gedir.
“COP29-da Paris sazişinə uyğunlaşdırılmış genderə həssas keçidi təmin edən yeni qərarın veriləcəyini gözləyirik. Ancaq ən əsası COP29-un sonunda gözlədiyimiz bir gündəm maddəsi də var. Gündəliyin gender və iqlimlə bağlı 14-cü maddəsi, bu çox vacibdir. Çünki biz 10 ildir ki, gender və iqlim üzrə iş proqramını davam etdirmək üçün güclü bir qərar veriləcəyini gözləyirik”, - deyə Maria Fernanda Espinoza vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə