“Cəbrayıl Qarabağın giriş qapısıdır” - ŞƏRH OLUNDU

“Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıla səfəri böyük əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsinin başlanğıcında ilk azad olunan şəhərimiz Suqovuşandan sonra Cəbrayıl şəhəri idi. Cəbrayıl Qarabağın giriş qapısı hesab edilir, çox böyük strateji əhəmiyyətə malik olan şəhərdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, gərgin və sıx iş qrafikinə rəğmən cənab Prezident Qarabağın şəhər günlərində özü şəxsən iştirak edir: “Bundan əvvəlki bütün Qarabağla bağlı önəmli günlərdə ölkə başçısı İlham Əliyev Xankəndinə, Ağdama, Şuşaya və Qarabağın digər bölgələrinə səfərlər həyata keçirib. 4 oktyabr Cəbrayıl şəhər günü ilə də əlaqədar olaraq artıq iki gündür ki, ölkə rəhbəri Cəbrayıl şəhərindədir və müxtəlif açılışlarda iştirak edir.
Qarabağın hər bir qarışındakı abadlıq, quruculuq işlərinin hər biri ölkə Prezidentinin nəzarəti altında həyata keçirilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə