Prezidentin səfəri xüsusi əhəmiyyət daşıyır - MÜNASİBƏT BİLDİRİLDİ

“Prezident İlham Əliyev vaxtaşırı işğaldan azad olunmuş ərazilərə gedir və Qarabağda həyata keçirilən quruculuq, abadlıq, bərpa işlərinə xüsusi nəzarət edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.


Elşad Məmmədli sözlərinə belə davam edib: “Sentyabrın 19-da Azərbaycan Prezidenti Ağdamda oldu, burada bır sıra obyektlərin, müəssisələrin açılışını etdi, görülən işlərlə tanış oldu, Eyvazxanlı kəndinin təməlini qoydu.

Bu onu göstərir ki, Qarabağda həyata keçirilən hər bir iş dövlət başçısının xüsusi nəzarətindədir.

Bilirsiniz ki, Azərbaycanın əsas prioritetlərindən biri də Böyük Qayıdış proqramıdır.

Bu prosesin sürətlənməsi üçün təbii ki, Qarabağda infrastrukturun daha tez bir zamanda qurulması lazımdır və bütün işlər paralel şəkildə aparılır.

Cənab İlham Əliyev Ağdamdan sonra Şuşa gedib, burada da açılışlara qatılıb, görülən işlərlə tanış olub. Ardınca Xankəndiyə səfər edib, Qarabağ Universitetinin açılışında iştirak edib, məktəbin, bağçanın açılışına qatılıb.

Prezidentin 19-20 sentyabrda Qarabağa, o cümlədən Xankəndiyə səfəri təsadüfi deyil. Ötən il 19-20 sentyabrda Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri Xankəndi, Ağdərə, Xocavənd, Xocalıda anti-terror əməliyyatları həyata keçirdi və suverenliyimiz tam bərpa oldu, separatizmə tamamilə son qoyuldu. Bu çox mühüm bir tarixi prosesdir və onun ildönümündə Prezidentin səfəri xüsusi əhəmiyyət daşıyır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə