Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri sağlam təməllər üzərində qurulub

Şuşa Bəyannaməsi ilə münasibətlərimiz son dərəcə dərin və sağlam təməllər üzərində qurulub. SİA xəbər verir ki, bu sənəd hər baxımdan gücünü müstəsna əlaqələrimizdən, ortaq köklü tariximizdən, dilimizdən, mədəniyyətimizdən, adət-ənənələrimizdən və bütün bunların qaynağında dayanan könül bağımızdan almaqdadır. Bu sözləri Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransda Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala deyib.

O qeyd edib ki, bu sənədlə qardaş ölkələrimiz arasındakı əlaqələrimiz daha da möhkəmlənib.

Efkan Ala Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Bir Ananın iki oğlu” sözlərini xatırladıb və Şuşa Bəyannaməsinin bu ideyaya sadiq qaldığını, bunu hər zaman, hər şərtlər qarşılığında xüsusilə qoruduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə