TÜRKPA nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

TÜRKPA nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

TÜRKPA-ya daxil olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. SİA-nın xəbərinə görə, əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar "Əbədi məşəl" kompleksinin önünə əklil qoyub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ehtiramlarını bildiriblər.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə