Britaniyadan Azərbaycan komandasına təbrik

Böyük Britaniya səfirliyi Azərbaycan komandasını “Vindzor Kral Atçılıq Şousu”nda uğurlu çıxışı münasibətilə təbrik edib. SİA xəbər verir ki, təbrik səfirliyin “X” sosial şəbəkəsindəki hesabında dərc olunub.

“Biz Beynəlxalq “Vindzor Kral Atçılıq Şousu”nda parlaq çıxışına görə Azərbaycan komandasını təbrik edirik”, - paylaşımda qeyd olunub.

Səfirlik Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin möhkəmlənməsini də məmnunluqla qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə