Tbilisi meri mitinqlərə pulun haradan gəldiyini izah edib

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib ki, qeyri-hökumət təşkilatlarına (QHT) ayrılan xarici maliyyənin 90%-dən çoxu faktiki olaraq ölkədə kəşfiyyat şəbəkələrinin inkişafına sərf olunur.

“Son bir neçə həftə bir daha təsdiqlədi ki, QHT-lərə ayrılan pulun 90%-dən çoxu Gürcüstanda agentlərin gücləndirilməsinə xidmət edir. Məlum oldu ki, guya kənd təsərrüfatına və əlillərə sərf edilməli olan pulların böyük hissəsi havaya sovrulmayıb. Bütün QHT-lər lazım olanda dərhal mitinqlərə çıxarıldı və milli maraqlara qarşı çıxdı”, - Kaladze hakim partiyanın təşəbbüslərinə, o cümlədən xarici agentlər haqqında qanunun qəbuluna dəstək mitinqində deyib.

SƏBİNƏ

Bütün xəbərlər Facebook səhifəmizdə