“ABŞ və Qərb nə qədər çalışsalar da, Azərbaycansız heç nə əldə edə bilmirlər” - MÜNASİBƏT BİLDİRİLDİ
“Əvvəllər də qeyd etdiyimiz kimi hazırda Güney Qafqaz uğrunda geosiyasi mübarizə gedir. Əsas məqsəd də Rusiyanın regiondan tamamilə çıxarılmasıdır. Əslində region uğrunda mübarizənin kökündə geoiqtisadi amillər dayanır. Təsadüfi deyil ki, 5 aprel görüşündə guya Qara dənizdən infrastruktur qurularaq Ermənistandan "yaşıl enerji" ixracı məsələsi ortaya atıldı. Halbuki bu ideyanın heç bir iqtisadi əsası yoxdur. İqtisadiyyatı tənəzzülə uğramaqda olan Ermənistanda hansı "yaşıl enerji"dən söhbət gedə bilər? Məsələ orasındadır ki, ABŞ və Qərb nə qədər çalışsalar da, Azərbaycansız heç nə əldə edə bilmirlər”. Bu sözləri SİA-ya açıqlamasında “Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz deyib.
“İndi bəziləri düşünür ki, Ermənistan 5 aprel görüşündə uduş əldə etdi. Ancaq mən bunun əksini düşünürəm. Ermənistan özünü elə bir vəziyyətə saldı ki, artıq bu dövlətin mövcudluğu sual altındadır. Rusiya isə təbii ki, bunu bağışlamayacaq. Faktiki olaraq hazırda "üçüncü dünya müharibəsi" gedir”,- deyə o əlavə edib.
Onun sözlərinə görə, NATO-Ukrayna Rusiya ilə, İsrail Qəzzada ərəblərlə vuruşur, Suriya qalıb ortada, o tərəfdən Çin qalxır: “İranın "qisas günüdür" deməyinə baxmayaraq bir həftə keçsə də hələ real heç bir addım yoxdur. Bu isə o deməkdir ki, geosiyasi məsələ artıq öz yerini tapır. Belə ki, dünya yenidən bölüşdürülüb və orada Rusiya üçün balaca bir künc saxlayıblar. Çalışırlar ki, Rusiyanı Şərqə doğru sıxışdırsınlar, Çin Koreya, Hindistan ilə əməkdaşlıq etsin. Hansı ki, İngiltərə və Amerika Hindistanı da ondan qoruyacaq”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB