Azərbaycan Afrika ölkələri ilə əlaqələri genişləndirir - DEPUTATIN ŞƏRHİ
“Bu gün Azərbaycanın dünya ölkələri ilə münasibətləri, müxtəlif istiqamətlərdə əlaqələri durmadan artır. Yaxınlığından, yaxud uzaq ölkə olmasından asılı olmayaraq təmaslar hər gün genişlənməkdə, inkişaf etməkdədir. Bütün bunlar əsasən Azərbaycanı etibarlı tərəfdaş ölkə olmasından xəbər verir. Konqo Prezidentinin Azərbaycana səfərini də ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsi kimi xarakterixə edə bilərik. Azərbaycanın dünyanın bütün qitələri, həmçinin Afrika ölkələri ilə əlaqələri davamlı olaraq milli maraqlar çərçivəsində inkişaf edir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Konqo Respublikasının prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri və Prezidentimiz İlham Əliyevlə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata birgə bəyanatları istər tarixi kontekstdə, istərsə də cari dövr baxımından Azərbaycanın Afrika ölkələri ilə yaxşı əlaqələrindən xəbər verir: “Hələ SSRİ dövründə Afrika ölkələrindən tələbələr Azərbaycanın ali məktəblərində təhsil alırdılar. Onlar əlaqələrini bu gün də ölkəmizdən kəsmirlər. Ölkəmiz bu əlaqələri 30 illik müstəqillik dövründə daha da inkişaf etdirərək özünü Afrika qitəsiölkələrinin yaxın dostu kimi tanıda bilib. Afrika ölkələri ilə əlaqələrimiz pandemiya dövründə qırılmadı, əksinə heç bir dövlətin edə bilməyəcəyini Azərbaycan etdi. Pandemiya zamanı vaksin ala bilməyən ölkələrə yardım etdik. Azərbaycan Afrika ölkələrinə öz vəsaiti hesabına dəstək verdi. Bu gün Azərbaycan kolonializmə qarşı mübarizədə Afrika ölkələrinin yanındadır, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsində müsbət qarşılanır və dəstəklənir. Dünyada kolonializmi hələ də dövlət siyasəti kimi təqdim edən Fransanın hələ də mövcud olduğu ölkələrdən biri də Konqodur. Bu ölkələr Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. Azərbaycanın müxtəlif platformalardan kolonializmə qarşı apardığı mübarizə Afrika ölkələrində rəğbətlə qarşılanır. Qeyd etmək yerinə düşər ki, Konqo Respublikasının Prezidentinin Azərbaycana səfəri heç də təsadüfi deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB