"Azərbaycana təxminən 25 milyard vəsait lazımdır" - MÜNASİBƏT BİLDİRİLDİ
Məlum olduğu kimi 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd olunur. Mina nədir, necə təmizlənir, Qarabağın minalardan təmizlənməsi nə qədər çəkə bilər? SİA mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.

O bildirib ki, Ermənistan tərəfinin uzun onilliklər boyu Azərbaycan ərazilərini mina tarlasına çevirməsi və müharibədəki məğlubiyyətdən sonra Paşinyan komandasının bu ərazilərin xəritələrini Azərbaycana təqdim etməməsi minatəmizləmə prosesini kifayət qədər uzadır: "Hazırda mina təhlükəsi bir çox ərazilərimizdə mövcud olmaqdadır və proseslər bu tempdə davam edərsə, yaxın onillikdə başa çatması real görünmür.
Ümumilikdə isə mina təmizləmə prosesini başa çatdırmaq üçün Azərbaycana təxminən 25 milyard vəsait lazımdır. Maraqlısı budur ki, bu günə qədər bir çox beynəlxalq təşkilatlar digər münaqişələrdə mina terrorunun aradan qaldırılmasına yönəlmiş addımlar atsa da, Azərbaycana münasibətdə biz bu dəstəyi görmürük. Ayrı-ayrı ölkələr miniatür yardımlarla kifayətlənirlər. Bu siyahıda biz daha çox aktiv olan Böyük Britaniyanı görürük. Digər ölkələr mina təmizləmə prosesinə real dəstək vermir. Təbii ki, Türkiyəni bu siyahıya qatmıram.Türkiyə qardaş ölkədir və onların istehsal etdiyi "Memat" mina təmizləmə dronları Azərbaycan ərazisində kifayət qədər uğurla istifadə edilir.
Bu gün Ermənistana təhlükəsizlik dəstəyi verməyə çalışan qlobal güclər də nədənsə, Ermənistanı mina terrorunun memarı olmaqda ittiham etmək əvəzinə İrəvanın maraqlarına uyğun onu bölgədə yenidən silahlandırmağa və Azərbaycana qarşı yönləndirməyə cəhd edirlər. Halbuki, Azərbaycan ərazisini ən çox mina və partlamamış hərbi sursatlarla çirkləndirən, Azərbaycan ərazilərini mina tarlasına çevirən Ermənistan nə ABŞ, nə Fransa, nə də Aİ-nin digər ölkələri tərəfindən qınanılmır. Bu isə gələcəkdə Ermənistanın yenə də mina istehsal etməsinə, Azərbaycanın hələ də azad etmədiyi əraziləri minalamasına, Azərbaycanın tarixi torpaqlarında yenə mina terrorunu davam etdirməsinə münbit şərait yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB