“Makronun apardığı siyasət Fransanı dünyada rüsvay edir” - ŞƏRH EDİLDİ
“Fransa kimi böyük bir dövlətin başında dayanan Emmanuel Makron apardığı siyasət nəticəsində Fransanı dünyada rüsvay edir. Çünki artıq daxildə onun dəstəyi get-gedə azalır və əhalinin ciddi narazılığı baş qaldırıb. Yaxın günlərdə fermerlərin onun siyasətinə qarşı olan reaksiyalarının da şahidi olduq. Belə ki, Fransa küçələri traktorlarla doldu, mal-heyvan peyini Fransanın ən böyük küçələrinə töküldü. Bu Makronun apardığı siyasətin nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, Makron özünü dünyanın aparıcı lideri kimi göstərməyə çalışır, amma heç nəyə nail ola bilmir: “Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dünyada taxıl krizi ilə bağlı məsələlər qalxdı. Makron isə bu problemin həllini öz üzərinə götürmək istəsə də, addımları bir işə yaramadı. Putin onu yaxına belə buraxmadı, sözünü belə eşitmədi. Bu məsələ məhz Ərdoğanın sözü ilə Putin taxılın dünya bazarına çıxarılmasına razılıq verdi.
Eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə ölkəmizin apardığı siyasət nəticəsində Fransa Cənubi Afrika ölkələrindən çıxarılmağa başlanıldı. Artıq bir çox ölkələrdə də bu proses başlayıb və Fransa bir-bir neokolonalizm siyasətindən əl çəkməyə məcbur olur. Bu səbəbdən Fransa Cənubi Qafqazda özünə yer etmək istəyir və buna Ermənistanın əli ilə nail olmağa çalışır. Bir sözlə, Makronun apardığı siyasət Fransanı dünyada rüsvay edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB