Azərbaycana qarşı müxtəlif layihələrdə iştirak etmək istəyənlər var - BAHAR MURADOVA

Azərbaycanın əldə etdiyi uğurları gözdən salmaq və ona qarşı müxtəlif layihələrdə iştirak etmək istəyənlər var. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin artırılması” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, Azərbaycanda gedən proseslər dünya ölkələrində diqqətlə izlənilir və bu proseslər təkcə izlənilməklə qalmır, həm də bu proseslərdən öz maraqları üçün istifadə etmək istəyən dairələr var:

“Azərbaycanın əldə etdiyi uğurları gözdən salmaq və ona qarşı müxtəlif layihələrdə iştirak etmək istəyənlər var. Zaman elə zamandır ki, özünü beynəlxalq qurum adlandıran bir neçə qrup dünyada gedən proseslərin yalnız onların təkidi ilə həll olunacağını düşünür. Lakin Azərbaycan bütün bu prioritetləri qırdı. Biz inanırıq ki, sülhə də nail olacağıq. Sülh və təhlükəsizlik bizim üçün önəmlidir. Ermənistanla münasibətləri qonşuluq həddinə çatdırmaq Azərbaycanın hədəfidir”, - o deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə