“Köç prosesi mərhələ-mərhələ həyata keçirilməlidir” - MÖVQE BİLDİRİLDİ
“Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış 2020-ci ildə baş vermiş 44 günlük vətən müharibəsindən sonra başlanıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.

Elman Cəfərli sözlərinə belə davam edib: “10 noyabr üçtərəfli sazişindən sonra Ermənistan silahlı qüvvələri mərhələ ilə işğal altında saxladıqları Ağdam, Kəlbəcər və Laçın rayonlarını boşaltdılar. İlk köç Zəngilanın Ağalı kəndinə oldu. 2023-cü ilin 19 sentyabrında ordumuzun uğurla reallaşdırırdığı lokal antiterror əməliyyatından sonra Ağdərə, Əsgəran, Xocalı, Xocavənd və Xankəndi Azərbaycanın nəzarətinə keçdi. Hazırda işğaldan azad edilmiş bölgələrə böyük qayıdış layihəsi uğurla davam etdirilir.
Bu günə qədər Füzuli, Zəngilan, Kəlbəcər, Laçın rayonlarına yüzlərlə ailə köçürülüb. Şuşa sakinləri doğma şəhərlərinə qayıdıblar. Bu il Xocalı və Xankəndinə əhalinin köçürülməsi başlanacaq. Qarabağ və Şərqi Zəngəzurun əhali ilə tam məskunlaşdırılması zaman alacaq və külli miqdarda maliyyə tələb edəcək bir işdir. Əvvəla, 30 illik işğal dönəmində torpaqlarımız minalarla kifayət qədər çirkləndirilib. İşğaldan azad olunmuş bölgələrimizdə təqribən 1.5 milyon mina basdırılıb. Mina gizli düşməndir, müharbiə bitir, minalar isə öz düşmənçilyinin davam etdirir. Adi bir ehtiyatsızlıq insan həyatının itirilməsi ilə sonuclana bilər. Bu üzdən hesab edirəm ki, 30 il düşmən nəzarətində qalmış və tamamilə dağıdılmış əraziləri məskunlaşdırmaq o qədər də asan deyil.
Bu iş mərhələ-mərhələ həyata keçirilməlidir. Yol və nəqliyyat infrasturukturu yaradılmalı, təhsil və səhiyə ocaqları tikilməlidir, iaşə obyektləri yaradılmalıdır. Lakin erməni işğalçılardan təmizlənmiş və ciddi dağıntıya mərzu qalmamış şəhər, qəsəbə və kəndləri məskunlaşdırmaq lazımdır. Bu sıraya Xocalı, Xankəndi, Ağdərə, Əsgəran, Hadrud, Xocavənd daxildir. Hesab edirəm bu yaşayış məntəqələri Qərbi Azərbaycandan qaçqın düşmüş və Qarabağdan öz yurd-yuvalarından qovulmuş insanları köçürmək olar. Xüsusilə Xankəndini bölgənin elm, təhsil, mədəniyyət mərkəzinə çevirmək lazımdır. Gənc ailələr üçün xüsusi sosial paketlər elan olunmalı, Qarabağ və Şərqi Zəngəzura köç stimullaşdrılmalıdır. Yaxşı olar ki, paytaxt Bakının yükünü azaltmaq üçün ali məktəblərin bir qismi Qarabağ və Şəqri Zəngəzur şəhərlərinə köçürülsün. Bölgədə bir neçə aeroport var, yeni nəqliyyat dəhlizləri yaradılır. Su ehtiyatları boldur, turzim imkanları var. İşağldan zad olunmuş bölgələrin məskunlaşdırlmasını elə həyata keçirmək lazımdır ki, əhalinin şərqdən qərbə axını baş versin. Ümid edirəm ki, aparılan məqsədyönlü siyasət bəhrəsini verəcək, yaxın 10 ildə qaynar həyuat Qarabağ və Şərqi Zəngəzura qayıdacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB