Bütöv Azərbaycanın yeni erasının başlanğıc nöqtəsi

Belə bir deyim var ki, dövlət bir böyük ailədir! Hər bir ailənin də əsas lideri, başcısı olduğu kimi bir dövlətində başında duran ali bir insan durmalıdır. Azərbaycanda bildiyimiz kimi bu ali vəzifəni icra edən şəxs Prezidentdir.

Prezident kimdir? Prezident - bir ali dövlət vəzifəsidir və bu vəzifəni tutan şəxs dövlətin başçısı hesab olunur. Azərbaycan Prezidentini Azərbaycan vətəndaşları seçki yolu ilə bir nəfəri 7 il müddətinə bu vəzifəyə seçir.

Dövlət idarəetməçiliyin institutları çox şaxəlidir, səlahiyyətləri isə çox qenişdir. Müxtəlif idarəetməçilik üsulları var ki, olardan ölkəmizdə tədbiq olunan üsul Prezident idarəetməçiliyi usudur. Əgər bir dövlətin idarəetməçiliyi Prezident idarəetməçiliyi üsuludursa Prezident seçkilərinin keçirilməsi, mən deyərdim ən önəmli və bir nömrəli seçki prosesi kimi hesab olunmalıdır.

Elə bu səbəbdən də 2024-cü il Azərbaycan üçün əlamətdar bir il kimi tarixə düşdü. Bütöv Azərbaycanın bütün ərazilərində 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərinin keçirilməsi bir qürurverici hadisə kimi və yeni dövrün başlanğıc ili kimi başladı.

Ümumiyyətlə, “Cəmiyyət özü özünə formalaşmır - Cəmiyyəti formalaşdıran səxsiyyətlərdir”. O şəxsiyyətlər hansılar ki, böyük nüfuza, hörmətə malik, mən deyərdim həttə mütləq ki qəlblərdə daim yaşayan və böyük məhəbbət qazanmış insanlar olurlar.

Azərbaycanın tarixində və formalaşmasında müxtəlif dövrlərdə bir çox tarixi şəxsiyyətlərin böyük rolu olub. Əminliklə və qürurla deyə bilərik ki, Allah taalanın azərbaycana bəxş elədiyi böyük neymətlərindən biri də Ümummilli liderimiz Heydər Əliyev idi.

Heydər Əliyevin istər sovet dövründə, istərsədə müstəqillik dövründə azərbaycan xalqı uğrunda can yanğısıyla apardığı fəaliyyətin misli yox idi. Onun qurduğu təməl kursunun siyasəti və davamlı uğurlu siyatətin nəticəsidir ki, bu gün biz qürur hissi ilə, qamətimiz dik, alnımız uca, fəxrnən qəzirik.

Təməli qoyulan kursun davamçısı İlham Əliyevdir. Həmin şəxs hansıki, daim olaraq öz məhşur şuarı ilə xalqa çatdırırdı ki, - “ Mən nəyi, necə və nə vaxt edəcəyimi bilirəm!”- bizə qalan isə sadəcə ona inanmaq idı.

Xalqın lideri belə olar! O, öz sözünün ustündə hər zaman olduğu kimi, durdu. Vaxtı zamanı qəldi çatdı. Xalq öz liderinə inamını sübut etdi. Liderdə öz növbəsində xalqa söykənərək, öz xalqının mərdliyinə, birliyinə, sücayətinə güvənərək mənfur düşmənin növbəti təxribatına cavab olaraq əkshücüm əmrini verdi və bizə qələbə qazandırdı. Dövlətimizin başçısının “Dəmir yumruğ”u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi. Düşmən məcbur qalıb təslim oldu və “Kapitulyasiya Aktına” imza atdı.

2020-ci il 10 noyabr “üçtərəfli Bəyanat” imzalandı və müharibə dayandırılandan sonra bir güllə belə atılmadan bir çox ərazilər geri qaytarıldı.

Bunlar hamısı sözsüz ki, yenədə, cənab Prezident İlham Əliyevin bacarığı və üzaqgörən siyasətinin növbəti dəfə azərbaycan xalqının xilasında duran nəticəsidir.

Hesab edirəm ki, hər bir ailədə olduğu kimi, hər bir dövlətində müəyyən həll olunmalı problemləri, müəyyən məsələləri olur.

10 noyabr üçtərəfli Bəyanatının müddəalarına əsasən Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılması tələb olunsa da, buna əməl olunmurdu. Təxribatların mütamadi hal alması antiterror tədbirlərinin keçirilməsinin vacibliyini ön plana çıxarırdı.

Nəhayyət, ərazi bütövlüyümüzün bərpasında son nöqtəni 2023-cü il 19 sentyabrdan 20-nə keçən qecədən başlayan və cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror əməliyyatı qoydu. Azərbaycanın Qarabağ bölgəsindən erməni silahlı tör-töküntülərinin qalıqları təmizləndi və 2023-cü ilin sonunda Azərbaycan bütün sərhədlərinə və bütün ərazilərinə sahib çıxmış oldu.

Bununla da, 2024-cü ildə Bütöv Azərbaycanın bütün ərazilərində 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə və Cənab Prezident İlham Əliyevin seçkilərdə səs çoxluğu ilə qalibiyyət qazanması ilə Azərbaycanın Yeni Erası başladı.

Məhz ölkə Prezidentinin qətiyyətli mövqeyi, siyasi liderlik bacarıqlarının məntiqi nəticəsi, uğurlu xarici və daxili siyasəti nətiçəsində ölkə bütün istiqamətlərdə inkişafa və tərəqqiyə nail ola bilər.

Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı onu ona görə sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir.

Ümumiyyətlə İlham Əliyev helə bir dahi şəxsiyyətdir ki, onun haqqında saatlarla danışmaq olar. Amma, onun dahiliyi əsas ondan ibarətdirki, onun şəxsiyyətinin kim olduğunu kimlərəsə ispat etməyə artıq ehtiyac qalmayib. O özü elə necə deyərlər bir Aksiomadır. Yani şəxsiyyətinin ispata, sübuta ehtiyaci yoxdur. Öz əməlləriylə sözünü demiş bir adamdır.

Əgər dünya ölkələrinin liderləri ona güvənir və onu özlərinə dayanıqlı, güvəncli bir tərəfdaş qismində görürsə, bəs biz xalq olaraq niyə öz Prezidentimizə güvənməyək ki, niyə ona dəstək olmayaq axı? Xalqımız üçün qazandığı uğurlardan sonra, var elə bir adam onu əvəz edən? Yoxdur!

Hələ iyirmi il bundan əvvəl Ulu Öndər xalqımıza səslənərək qarşıdan gələn Prezident seçkilərində prezidentliyə namizəd, onun siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Heydər Əliyev İlham Əliyevin siyasi konturlarını müəyyən edərək, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu qeyd etdi. Müraciətində həm də Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görüləcəyini bildirdi.

Azərbaycan xalqı Ulu Öndərin bu çağırışını qəbul edərək seçkilərdə öz gələcək Liderini seçdi. O Lider xalqımızın taleyüklü məsələlərinin həllində bir daha öz mövqeyini göstərdi. Prezident İlham Əliyev Ümummilli Liderin xalqa müraciətində qeyd etdiyi axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri başa çatdırdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciətində bildirmişdi.

Cənab Prezident İlham Əliyev 14 fevralda ki, and içmədə ki, çıxışında Azərbaycanın qələcək xarici və daxili siyəsətinin konturlarını aydın müəyyənləşdirdi. O, bildirdi ki, Azərbaycan güclü dövlətdir və hər zaman olduğu kimi qarşısında duran bütün hədəflərə layiqincə çatıb və bundan sonrada yeni təməl qoyduğumuz Azəzərbaycanın Yeni Erasında bütün hədəflərə çatacağımıza bizə zamanət verdi.

Bütün sahələrdə Texnoloji inkişafa xüsusi diqqətin verilməsi əsas hədəf kimi götürüldü.

İqdisadi inkişaf dinamikasının daha da yüksəldilməsindən, müasir ordu quculuğundan, sosial islahatların aparılmasından, bütün kommunikasiyaların yeni və müasir standartlarla çəkilməsi və təkmilləşdirlməsindən, xarici və daxili dövlət proqramlarının içrasından və bir çox strateji sahələrdən söhbət acdı.

Əminliklə deyə bilərik ki, biz, İlham Əliyevi prezident seçməklə növbəti 7 il müddətinə özümüzə zəmanət qazanmış olduq. Ailələrimizin firavan yaşaması üçün, övladlarımızin parlaq və bəxtəvər qələcəkləri üçün zəmanət qazanmış olduq.

2024 cü il Azərbaycan dövləti üçün, azərbaycan xalqı üçün çox əhəmiyyətli, çox önəmli bir il olacaq. Ölkədə ard arda baş verəcək proseslər bütöv Azərbaycanın yeni erasının başlanğıc nöqtəsinin bir ili kimi tarixə düşəcək.

Sonda onu demək istəyirəm ki, əgər Azərbaycan xalqının xilaskarı Heydər Əliyev bizi, Xaosdan-Tərəqqiyə, İlham Əliyev bizi Tərəqqidən-Zəfərə doğru apardısa, onda bu şuarın davamı olaraq Azərbaycanın Yeni Erasının başlanğıcı kimi Zəfərdən – Yeni İnkişafa dogru şuarı ilə davam etdirmək lazımdır.

Odur ki, - “Var olsun Azərbaycan, var olsun azərbaycan xalqı, yaşasın cənab ali baş komandan İlham Əliyev!”

İlham Quliyev

YAP Yasamal rayon SOCAR, “Neftqazelmitədqiqatlayihəinsitutu üzrə ərazi partiya təşkilatının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə