YAP Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə tədbir keçirib - FOTOLAR

YAP Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə tədbir keçirib - FOTOLAR

YAP Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə tədbir keçirib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, AMEA-nın prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər” dən biri Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Milli Məclisinin deputatı Elnur Allahverdiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrayıl İsgəndərov, Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Vüsal Əliyev, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Bakı şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal Rayonu üzrə ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Yeni Azərbaycan Partiyasının 31 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində xalqımızın etimadını növbəti dəfə qazanan cənab İlham Əliyevin 92,12% səs toplamaqla möhtəşəm qələbəsi münasibəti ilə hər kəsi təbrik edib. Qeyd olunub ki, seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə 86.80%, 16 saylı Yasamal İkinci seçki dairəsi üzrə 77.05%, 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 89,22%, 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə isə 77,94% seçici aktivliyi olmuşdur.Bildirilib kiYAP Yasamal rayon təşkialtının 31 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.. Yeni Azərbaycan Partiyası öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. YAP-nın siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya olduğunu bildirən Bəxtiyar Nəbiyev qeyd edib ki, bu gün cənab prezident, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır. Əldə olunan Zəfərlər bu gün Azərbaycanı dünyada ən nüfuzlu ölkələrdən birinə çevirmişdir. Ölkəmizin ictimai siyasi həyatında Yeni Azərbaycan Partiyası hət zaman aparıcı mövqedə olub. YAP Yasamal rayon təşkilatı da bu 31 il ərzində hər zaman rayonun və Partiyanın ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayıb. Sonda Bəxtiyar Nəbiyev YAP Yasamal rayon təşkilatının yaramsının 31 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Çıxış edən AMEA-nın prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli ilk öncə 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin möhtəşəm qələbəsi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya bu 31 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edilib. YAP Yasamal rayon təşkialtı da yarandığı gündən bu günə qədər rayonun eləcə də partiyanın ictimai-siyasi həyatında öz uğurlu fəaliyyəti ilə hər zaman seçilib. Ölkəmizin əldə etdiyi Zəfərlərdə və uğurlada siyasi müstəvidə Yeni Azərbyacan Partiyasının müstəsna xidmətləri vardır.Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər” dən biri Şahlar Əsgərov da çıxışından öncə son prezident seçkilərində Partiyamızın namizədi cənab İlham Əliyevin möhtəşəm zəfəri münasibəti ilə öz təbriklərini çatdırıb. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olub: “Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Son illər Azərbaycanın dünya arenasında nüfuzunun xeyli artması digər dövlətlərin ölkəmizə marağını daha da gücləndirib.” Ölkəmizin əldə Zəfərlər və onun siyasi müstəvidə daha da möhkəmləndirilməsində Yeni Azərbyacan Partiyasının müstəsna xidməti olub.Milli Məclisinin deputatı Elnur Allahverdiyev əvvəlcə 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində xalqımızın növbəti dəfə yüksək iradə nümayiş etdirməsi nəticəsində cənab İlham Əliyevin qələbə qəzanması münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın və dövlətimizin taleyində mühüm rol oynayıb və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərib. “Bu gün partiyamızın gücü ulu öndər Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. 15 oktyabr 2003-cü il ölkəmizinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qədəm qoyub. Prezident cənab İlham Əliyev məhz həmin tarixdən başlayaraq ölkəmizin nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyamızın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm gələcəyə doğru daha inamla irəliləyəcək.Sonda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov da öz növbəsində prezident seçkilərində Cənab İlham Əliyevin uğurlu qələbəsi münasibəti ilə hər kəsi təbri kedib. Qeyd olub ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan və 700 mindən çox üzvü özündə birləşdirən Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu keçdiyini deyib. Qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Partiyanın keçdiyi 31 illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Bu istiqamətdə əldə olunan uğurlu nəaliyyətlərdə heç şübhəsiz YAP Yasamal rayon təşkilatının özünəməxsus rolu vardır. Qeyd olunub ki, belə uğurlu fəaliyyətdə Yasamal Rayon İcra Hakimiyyəti hər zaman YAP Yasamal rayon təşkialtının yanında olub və bundan sonra da olacaq. Çıxışının sonunda E.Həsənov YAP Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibəti ilə öz təbriklərini çatdırıb.

Çıxışlardan sonra YAP Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi, Partiyada ictimai-siyasi fəaliyyətə görə diplomlar, fəxri fərmanlar və Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə