“Azərbaycan istəyinə nail olub“ - ŞƏRH EDİLDİ

“Azərbaycan istəyinə nail olub“ - ŞƏRH EDİLDİ

“Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar törətməklə bir daha Cənubi Qafqazda sülhə və təhülkəsizliyə çox ciddi təhdid olduğunu sübut etdi. Ermənistan bir daha bütün dünyaya sülh istəmədiyini göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, politoloq Sahil Kərimli deyib.

Onun sözlərinə görə, bu məsələlərdə birbaşa günahkar Ermənistanın siyasi rəhbərliyi olsa da, təbii ki, Ermənistan bu məsələlərdə sadəcə alət rolunu oynayır. Əsas reallıq bundan ibarətdir ki, Ermənistanı proseslərdə ruhlandıran və arxa-dayaq olan Cənubi Qafqazda sülh və təhlükəsizlik istəməyən Avropa və Qərb qüvvələridir. Bu gün açıq şəkildə onlar Ermənistanı həm siyasi, həm də hərbi baxımdan dəstəkləyirlər. Təbiidir ki, Azərbaycan dəfələrlə sülh istədiyini bəyan edib. Lakin Azərbaycan istəyinə nail olub və sülh Ermənistana lazımdır. Bundan sonra da Azərbaycan qətiyyətli mövqeyindən geriyə addım atmayacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə