“Azərbaycanın Seçki Məcəlləsi dünya standartlarına tam uyğundur” - Jakip Asanov
“Bu gün biz və digər ölkələrin parlamentin üzvləri olaraq Azərbaycanda ölkələrimizi təmsil etmişik”. SİA xəbər verir ki, bunu MDB PA müşahidə missiyasının rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
Bundan əlavə o qeyd edib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi dünya standartlarına tam uyğundur: “Bizim diqqət etdiyimiz məqam budur ki, biz səhər saatlarında seçki məntəqəsinə getmək üçün yola düşərkən yolda insanların, ailələrin sevinclə seçki məntəqələrinə getdiyini və bütün hər yerdə Azərbaycan dövlətinin bayraqlarının asıldığının şahidi olduq. Prezident seçkilərində biz bir ağsaqqalla tanışmışdıq və onun 91 yaşı olmasına baxmayaraq seçkilərdə iştirak etmək üçün gəlmişdi. Biz sevinirdik ki, çiçəklənən Azərbaycan dövlətində prezident seçkiləri doğru keçmişdir. Mən 6 dövlətin adından Azərbaycan Respublikasını təbrik edir və sizlərə sülh dolu günlər arzu edirəm“.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB