“Vətandaşlar bizə qardaş ölkə olduğumuzu deyirdilər” - İƏT PA-nın nümayəndəsi

“Vətandaşlar bizə qardaş ölkə olduğumuzu deyirdilər” - İƏT PA-nın nümayəndəsi

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrin nəticələrinə dair brifinq keçirib.

Qurumun müşahidə missiyasının rəhbəri Salma Koveyra bildirib: "İlk olaraq bizi növbədənkənar prezident seçkilərində müşahidəçi kimi dəvət etdiklərinə və eyni zamanda Pakistan dövlətinə güvəndiyi üçün cənab Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Pakistan bu yolda çıxış etdiyi üçün əlindən gələn bütün səylərini göstərir. Çox şadam ki, seçki məntəqəsində hər şey şəffaf və düzgün şəkildə keçirildi. Bir daha öz xoş arzularımı onlara arzulayıram ki, Azərbaycan bu prosesi düzgün yerinə yetirmişdir. Azərbaycandakı növbədənkənar prezident seçkiləri ölkənin inkişafına daim yardım göstərəcəkdir. Pakistan 2013-2021-ci illərdə bir çox tədbirlərdə iştirak etmişdi. Ümid edirəm ki, bu əməkdaşlığı artıraraq daha da gücləndirək. Mən seçki məntəqəsində olduğum zaman vətandaşlar bizə yaxınlaşaraq qardaş ölkə olduğumuzu deyirdilər və buna görə mən dərin minnətdarlıq duyuram”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə