64 saylı Salyan seçki dairəsində səsvermə prosesini 739 nəfər müşahidəçi izləyir

64 saylı Salyan seçki dairəsində səsvermə prosesini 739 nəfər müşahidəçi izləyir

“Saat 08:00-da başlanan səsvermə prosesi şəffaf şəkildə davam edir. Seçicilər sərbəst şəkildə səsvermə hüququndan istifadə edirlər. Seçici aktivliyi yüksək səviyyədədir”. SİA xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 64 saylı Salyandairə seçki komissiyasının (DSK) sədri Fuad Muradov deyib.

DSK sədri bildirib ki, dairə üzrə 48 məntəqənin hər birində səsvermə prosesi yüksək səviyyədə təşkil edilib. 7 məntəqədə veb-kamera quraşdırılıb.

“739 müşahidəçi səsvermə prosesini izləyir. ATƏT/DTİHB müşahidəçiləri də səsvermə prosesi ilə tanış olublar. İndiyə qədər heç bir neqativ hal qeydə alınmayıb. Səsvermə prosesi qanunvericiliyə uyğun davam edir”, - DSK sədri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə