“Azərbaycan xalqının qarşısında mühüm vəzifə durur” - respublika üzrə müşahidəçi
“Bütöv Azərbaycanda ilk dəfə olaraq növbədənkənar prezident seçkiləri keçirilir. İndi Azərbaycan xalqının qarşısında mühüm vəzifə durur - işğaldan azad edilmiş əraziləri bərpa etmək, Qarabağı çiçəklənən bir bağa çevirməkdir”. Bu sözləri SİA-ya açıqlamasında respublika üzrə müşahidəçi Anastasiya Vtalyevna deyib.
O bildirib ki, qarşıda bizi iddialı layihələr gözləyir: “Onların uğurla həyata keçirilməsi üçün bizə ölkənin və bütün insanların inkişafı naminə düzgün qərarlar qəbul edə bilən güclü lider lazımdır. Bizə elə bir dövlət başçısı lazımdır ki, onun ətrafında xalqımız həmişə vahid cəbhə kimi çıxış etsin”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB