"Prezident seçkilərində 790 beynəlxalq müşahidəçi iştirak edəcək" - MSK SƏDRİ
"Seçkilər müasir Azərbaycanın beynəlxalq qurumlar tərəfindən tanınan ərazilərinin hamısında keçiriləcək". SİA xəbər verir ki, bunu Prezident Seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının mətbuat konfransında çıxışı zamanı Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, müstəqil ərazisi 30 il işğalda olduğu üçün seçicilərimiz müxtəlif bölgələrdə səs verirdilər: "Artıq seçkilər işğaldan azad olunmuş torpaqlarımızda da keçiriləcək. Seçkilərin keçirilməsi zamanı əsas məsələlərdən biri şəffaflığın təmin edilməsidir. Bununla bağlı 790 beynəlxalq müşahidəçi də seçkilərə nəzarət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB