“Azərbaycan geniş imkanlara sahibdir” - POLİTOLOQ DANIŞDI

“Azərbaycan geniş imkanlara sahibdir” - POLİTOLOQ DANIŞDI

“Ölkə başçısı tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması təsadüfi deyil. Hazırda dünyada yeni iqtisadi tendensiyalardan biri məhz ekoloji cəhətdən təmiz ərzaq məsullarının yetişdirilməsi və ətraf mühitə daha az ziyan vurulması məsələsi gündəmdədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, sahibkarlar, iş adamları öz şəxsi, maddi maraqlarını güdür və ətraf mühitə ziyan vururlar: “Amma bu artıq çox təhlükəli tendensiya yaradır, həmçinin dünyada orta temperaturunun artmasına səbəb olub. Bu mənada bu il COP29-un ölkəmizdə keçirilməsi də böyük əhəmiyyət daşıyır. Ölkə başçısı tərəfindən torpaqlarımız azad olunduqdan sonra məhz Qarabağda yaşıl enerji məsələsi gündəmə gətirildi. Azərbaycanın həm Qarabağ, həm də digər ərazilərində günəş enerjisindən istifadə məsələsi istiqamətində dünyanın müvafiq şirkətləri ilə müqavilələr bağlanıb. Yəni, ekologiyanın hərtərəfli müdafiəsi məsələsi Azərbaycanda gündəmdə dayanan məsələlərdəndir. Həmçinin qeyd etmək lazımdır ki, yaşıl enerjinin əldə olunması üçün Azərbaycan geniş imkanlara sahibdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə