Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək - MSK SƏDRİ

Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək - MSK SƏDRİ

“Dünən veb-kameraları izləyəndə fərqi özüm müşahidə etdim. Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, səsvermə kabinasının içini çəkmək üçün ən az 10 kamera lazımdır: "Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Veb-kamera qoymaq insanları güdmək deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə