"Laçında yerli sakinlər əbədi yaşayacaqlar" - MÜNASİBƏT BİLDİRİLDİ
"Şanlı Vətən müharibəsində qələbəmiz Azərbaycanın ərazi bütövlüyünün bərpasını təsdiq etməklə yanaşı, uzunmüddətli Qarabağ münaqişəsinə son qoydu". Bu sözləri SİA-ya açıqlamasında deputat Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, böyük qələbə şəhidlərin qanı bahasına, əsgərlərimizin qəhrəmanlığı və bütün Azərbaycan xalqının birliyi sayəsində əldə edildi: "Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əvəzsiz xidmətlərinin yekunu olaraq 30 ildən sonra torpaqlarımız azad olundu.
44 günlük müharibədə Azərbaycan erməni işğalına son qoydu və 30 ilə yaxın tamamilə dağıdılmış rayon, şəhər və kəndlərin dirçəldilməsi prosesinə dərhal start verdi. Qısa zamanda azad olunmuş ərazilərə əsil sahiblərinin qayıtmaları prosesi başlandı. Dünya döyüş meydanında düşməni məhv edərək qəhrəmanlıq epoxası yaradaraq torpaqlarımızı işğaldan azad edən və bu qəddarcasına viran etdiyi ərazilərin tamamilə bərpasına başlayan xalqın misli görünməmiş şücaətinin şahidi oldu.
Əslində, yüz minlərlə azərbaycanlının işğaldan azad edilmiş ərazilərə qaytarılmasını nəzərdə tutan “Böyük Qayıdış” proqramının icrasına Azərbaycan Ordusunun 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra başlanılmışdı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilmiş “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad olunmuşdu. Ancaq “Lələtəpə” yüksəkliyinin erməni işğalçılarının nəzarətində qalması kənd sakinlərinin oraya qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələtəpə” yüksəkliyi erməni işğalından azad edildi və kənddə insanların təhlükəsiz yaşaması mümkün oldu.
"Bu gün “Böyük Qayıdış” proqramı sürətlə həyata keçirilir. Füzuli, Zəngilan, Laçın sakinlərinə qucaq açır. Yanvarın 31-də cari ildə ilk növbəti köç karvanı Laçına üz tutub. Laçın bu gün sakinlərini böyük təntənə ilə qarşıladı. Bu dəfə 23 ailə doğma el-obasına qayıdıb. Bununla da daha 72 laçınlının yurd həsrətinə son qoyulub. Evlərinin açarlarını alan laçınlılar böyük sevinc hissilə öz doğma evlərində məskunlaşıblar. Bununla da Laçın şəhərində 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin olunub.
Laçın şəhərinə qayıdan ailələr vaxtilə yaşadıqları və şəhər işğaldan azad edildikdən sonra dövlət başçısının tapşırığına uyğun olaraq bərpa edilmiş və ya yenidən tikilmiş evlərdə yaşayacaqlar.
Laçın rayonu və onun inzibati mərkəzi olan Laçın şəhəri təkcə onun yerli sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. İndi qədim yurd yerimiz Laçında yerli sakinlər əbədi yaşayacaqlar. Qayıdışın sevincini, xoşbəxtliyini yaşayan laçınlılar bir daha əmin oldular ki, tarixi qələbimizin rəmzinə çevrilmiş Prezident İlham Əliyevin qətiyyəti qarşısında nə Ermənistan, nə onun havadarları dayana bilməz. İllər öncə Taxtakörpü qəsəbəsində Laçın ictimaiyyəti ilə görüşündə Prezident “belə gözəl evləri Laçında tikəcəyik” bəyanatını əbəs yerə verməmişdi. Bu gün digər işğaldan azad olunmuş yaşayış məskənlərimizlə yanaşı Laçın da geniş quruculuq və abadlıq ünvanıdır.
Bir sözlə, Azərbaycan heç bir ölkədən yardım almadan düşmən vəhşiliyinə məruz qalmış ərazilərimizi öz gücü ilə gülüstana çevirmək iradəsini ortaya qoyub və qayıdış prosesini uğurla icra edir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB