"ABŞ-də kimin qalib gəlməsi həmin ölkənin seçicisinin səlahiyyətindədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"ABŞ-də kimin qalib gəlməsi həmin ölkənin seçicisinin səlahiyyətindədir" - MÜNASİBƏT BİLDİRİLDİ

ABŞ-də Respublikaçılar Partiyasının namizədi Donald Trampa qarşı təzyiqlər davam edir. Demokratlar Trampın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün bütün vasitələrdən, o cümlədən sənəd saxtakarlığından istifadə edir. Demokratların öz rəqiblərinə qarşı bu kimi əməlləri ilk deyil. Bu səfərki mübarizənin qalibi kim olacaq? SİA mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrini öyrənib.

Onun sözlərinə görə, prinsip etibarilə həm Demokratlar, həm də Respublikaçıların əsas fiqurlarının reytinqi eynidir: “Ancaq bununla belə Respublikaçılar Partiyası namizədinin qalib gəlmə ehtimalı daha yüksəkdir. Hər halda seçki öz nəticəsini deyəcək. Burada bəzi namizədlər anti-Azərbaycan təbliğatından istifadə etməyə, erməni millətçilərinin atdıqları yalanları yaymağa çalışırlar. Bu isə heç də həmin siyasətçilərin ədalətliliyinə inamı artırmır”.

Deputat bildirib ki, Azərbaycan-ABŞ münasibətləri bu gün ümummilli maraqlara söykənir və hər iki ölkə bir-biri ilə əməkdaşlıqda maraqlıdır: “Seçkilərə gəldikdə isə burada kimin qalib gəlməsi artıq ABŞ seçicisinin səlahiyyətinə və marağına aid olan məsələdir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə