Azərbaycanda 4 günlük iş həftəsinə keçilə bilərmi? - MİLLƏT VƏKİLİ AÇIQLADI

Azərbaycanda 4 günlük iş həftəsinə keçilə bilərmi? - MİLLƏT VƏKİLİ AÇIQLADI

Almaniyada fevralın 1-dən avqusta qədər qısaldılmış iş həftəsi sınaqdan keçirilməyə başlanacaq. Bu, Azərbaycanda da nə vaxtsa tətbiq edilə bilərmi? Tətbiq edilərsə, hansı nəticələrə gətirib çıxara bilər? SİA mövzu ilə bağlı millət vəkili Aydın Hüseynovun fikrini alıb.

A.Hüseynov bildirib ki, ümumiyyətlə, ölkə iqtisadiyyatının özünün xüsusiyyətləri var: "Eyni zamanda, Azərbaycanda işçilərin Əmək Məcəlləsi var. Hesab edirəm ki, Azərbaycan öz iqtisadiyyatını və Əmək Məcəlləsində nəzərdə tutulan hansısa məsəllələri Almaniya ilə müqayisə etməməliyik. Mövcud reallıqlar var, özümüzün iqtisadi modelimiz var. Ona uyğun olaraq da Azərbaycan öz işlərini qurmalıdır”.

Millət vəkili qeyd edib ki, Almaniyada vəziyyət fərqlidir: “Bu barədə hesab edirəm ki, 4 günlük iş həftəsinə keçilməsi nə vaxtsa real ola bilər. Amma dediyim kimi, digər ölkələrlə müqayisəli şəkildə yox, öz iqtisadiyyatımızın xüsusiyyətlərindən çıxış edərək öz həllini tapmalıdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə