Azərbaycanla Danimarka arasında MÜZAKİRƏ

Azərbaycanla Danimarka arasında MÜZAKİRƏ

Danimarka Krallığının Azərbaycandakı qeyri-rezident səfiri Denni Annanın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə