“Qərb Vətən müharibəsindəki qələbəmizdən sonra üzərimizə gəlməyə başladı” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“AŞPA-nın qərəzli qətnaməsi Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra ölkəmizə yönəldilmiş addımların atılması ilə bağlıdır. 44 günlük Vətən müharibəsi və 24 saat davam edən antiterror tədbirlərindən sonra Qərb bir çox istiqamətlərdə üzərimizə gəldi. Onların əsasən qətnamədə göstərdiyi müddəalar Laçın nəzarət buraxılış məntəqəsinin açılması, guya Qarabağdakı ermənilərin blokadaya alınması və onların “aclıq” içərisində olmasını vurğulayırlar. Lakin bu fikirlər gülüncdür. Çünki həmin dövrdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ərazidə oldular və səsləndirən heç bir mənfi hal müşahidə edilmədi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, indi isə onlar ermənilərə qarşı etnik təmizləmə aparıldığını bildirirlər: “Lakin bu fikirlər də öz təsdiqini tapmadı. Çünki BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsininin komisiyyaları Qarabağda araşdırmalar apardılar və nəticələr göstərdi ki, burada heç bir etnik təmizləmədən söz gedə bilməz. Bu haqda bizim sənəd-sübutlarımız da mövcuddur.
Onların ərazilərimizdən çıxıb getməsinə səbəb isə illər boyu soydaşlarımıza qarşı törətdikləri qırğınlar idi.
AŞPA-nın bizə qarşı qərəzli münasibətinin əsasında məhz yuxarıda sadalananlar dayanır. Orada siyasi moderatorluq edən isə əsasən Fransadır. Təbii ki, AŞPA-nın qərəzli mövqeyini qəbul etmirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB