XİN: "Fransa ilə münasibətlər ən aşağı nöqtədədir"

XİN: "Fransa ilə münasibətlər ən aşağı nöqtədədir"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransa ilə münasibətlərin ən aşağı nöqtədə olduğunu bildirib. SİA-nın məlumatına görə, bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan bu münasibətlərin böhran həddinə çatması üçün heç bir təşəbbüs göstərməyib, mövcud durumun səbəbkarı Fransa olub.

O qeyd edib ki, Azərbaycana qarşı sistemli qərəzin arxasında duran bir nömrəli ölkə məhz Fransadır: "Azərbaycan özünə qarşı belə addımları cavabsız qoyacaq ölkə deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə