"Prezidentin dini qurumlara ayırdığı maliyyə yardımı təqdirəlayiqdir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycanda dini tolerantlıq, dinlərarası qarşılıqlı hörmət məzhəblərarası dostluq kimi məsələlər hər zaman yüksək səviyyədə olub". Bu sözləri SİA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

O, bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövləti bu irsə həm sadiq qalaraq, həm də söykənərək Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsində hər zaman maraqlı olub, bu işə sonsuz dəstək verib: "Cənab Prezident İlham Əliyev tərəfindən bu gün dini qurumlara yardım məqsədilə ayrılan vəsait də bir daha bunu təsdiq edir. Ölkəmizdə müstəqillikdən sonra bu sahədə bir çox addımlar atılıb, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Onun tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Mənəvi Dəyərlərin Təbliği Fondu hər il Azərbaycanda fəaliyyət göstərən rəsmi din xadimlərinə maddi dəstək göstərir. Eyni zamanda dini icmaların layihələrini maliyyələşdirir və dini ədəbiyyatın nəşrini həyata keçirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Bu yaxınlarda yenə DQİDK-nin tabeliyində İlahiyyat Kolleci yaradıldı. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövləti bu sahəyə nə qədər diqqət və qayğı göstərir".
"Azərbaycanda baxmayaraq ki, əhalinin 96-97%-i İslam dininə sitayiş edir, Azərbaycan dünyəvi dövlətdir: "Azərbaycan bütün dini konfessiyalara, dini qurumlara məzhəbindən və dinindən asılı olmayaraq eyni münasibət göstərir. Bu gün ayrılan vəsaitlərə nəzər saldıqda görürük ki, burada həm Rus Provaslav Kilsəsinə, həm Qafqaz Müsəlmanları İdarəsinə, həm Azərbaycan Alban-Udi icmasına, Katolik icmasına və digər icmalara vəsaitlər ayrılıb. Həmçinin Mənəvi Dəyərlərin Təbliği Fonduna da 350 min manat vəsait ayrılıb ki, bu da ölkəmizdə fəaliyyət göstərən bir sıra qeyri-islam icmaları üçün nəzərdə tutulmuşdur" - deyə M.İsmayılov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB