Köç prosesi sürətlə davam etməkdədir - MÜNASİBƏT BİLDİRİLDİ

Köç prosesi sürətlə davam etməkdədir - MÜNASİBƏT BİLDİRİLDİ

"İşğaldan azad edilmiş ərazilərimizə keçmiş məcburi köçkünlərin qaytarılması planlarını cənab prezidentimiz yerli televiziya kanallarına müsahibəsində söylədi". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bir daha aydın olub ki, işğaldan azad edilmiş ərazilərimizdə bütün işlər planlı aparılır: "Əvvəlcə, dirçəliş işləri görülür, yaşayış üçün şərait təmin edilir. İş yerləri açılır, məktəblər, uşaq bağçaları tikilir, ondan sonra planlı şəkildə vətəndaşlarımız köçürülür".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə