"BƏƏ ilə münasibətləri çox uğurlu hesab edirəm" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər çox sevindiricidir". Bu sözləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
.jpg)
Onun sözlərinə görə, bu tendensiya daha da inkişaf etdirilməli, daha da dərinləşməlidir: "Bu yöndə aparılan işlər müsbətdir. Cənab Prezident də bu istiqamətdə ciddi addımlar atır. Siyasi partiyalar və biz siyasətçilər bunu dəstəkləməliyik. Sona qədər BƏƏ ilə, digər dövlətlərlə dostluq əlaqələrimizi inkişaf etdirməliyik. Prezident İlham Əliyevin dediyi kimi dostlara ehtiyacımız var, regionda gedən proseslərdə dostlarla birlikdə məsələlərin həllinə daha çox yaxınlaşa bilərik".
O, deyib ki, digər müsəlman dövlətləri, bizimlə birlikdə olmaq istəyən dövlətlərlə bir yerdə ortada olan neqativ halları aradan qaldıra bilərik. Mən Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri uğurlu hesab edirəm. Cənab Prezident bu sahədə çox uğurlu addım atıb ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB