“ABŞ unudur ki, Azərbaycan hər zaman balanslı siyasət həyata keçirib“ - MÖVQE BİLDİRİLDİ
“ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrin məğzinə baxdıqda görürük ki, ABŞ adminstrasiyası Cənubi Qafqazdakı prosesləri çox da yaxşı izləyə bilmir. ABŞ-ın çox ciddi maliyyə resursları və eyni şəkildə siyasi institutları var. Amma siyasi institutlar operativ araşdırmalar aparmaq yerinə, məsələyə ideolojik, müəyyən qrupların marağı istiqamətində baxırlar”. Bu sözləri SİA-ya açıqlamasında analitik jurnalist Kazım Kazımov deyib.
O bildirib ki, bu məsələrə əsasən erməni lobbisinin baxışı əsasında baxılır: “Onlar qəbul etmirlər ki, Azərbaycan heç bir mülki şəxsə zərər vermədən öz ərazilərini azad edib. Çünki ABŞ dövlət katibinin müavini çıxışında ABŞ rəsmisinə yaraşmayacaq şəkildə Azərbaycanı 100 min erməni əhalisini Qarabağdan zorla köçürməkdə ittiham edib. Birincisi həmin ərazilərdə o qədər əhali yox idi, ikincisi isə beynəlxalq təşkilatların sənədləri ortadadır və heç kim Azərbaycandan zorla göndərilməyib.
Azərbaycana xalqına qarşı cinayət işləməmiş bütün erməni mülki əhalisi hər cür təhlükəsizlik tədbirləri ilə təmin ediliblər. Getmək istəyən əhali isə heç bir problem yaşamadan, rahat bir şəkildə Ermənistana yollandı.
Digər tərəfdən iddia edildi ki, guya Azərbaycan Laçın koridoruna hər hansı blokada qurub. Lakin bu da yalan idi, çünki Azərbaycan sadəcə olaraq Laçına separatçı qüvvələr tərəfindən silahların qarşısının alınması üçün sərhəd-nəzarət məntəqələri quruldu. Bu isə olduqca normal haldır və qanuna zidd deyil. ABŞ unudur ki, Azərbaycan hər zaman balanslı siyasət həyata keçirib və ABŞ-ın Ermənistan kimi işğalçı bir dövlətin yanında olması demokratiyaya ziddir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB