"HƏMAS-İsrail müharibəsi beynəlxalq gərginliyə ciddi təsir edir" -MÜNASİBƏT
“İsrail ilə Fələstin arasında müharibə 70 ildən artıqdır ki, davam edir və hazırkı qarşıdurma HƏMAS-la İsrail arasında Qəzza zolağında baş verir. Təbii ki, kiçik bir ərazidə olan qarşıdurma olsa da, bu, beynəlxalq nizama təsir edən bir hərbi qarşıdurmadır”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, HƏMAS Yaxın Şərqdə də baş verən proseslər də əsas katalizator rolunu oynayır: “Məhz İsrail ilə hərbi bölgələr arasında normallaşma prosesi həmçinin Rusiya - Ukrayna müharibəsi fonunda beynəlxalq gərginliyə də çox ciddi təsir etdi. Biz görürük ki, artıq İsrail ərəb əlaqələri dayanıb. Bu, artıq İsrail Fələstin münaqişənin yenidən alovlanması və bu alovlanma ümumillikdə qeyd edim ki, Fələstin dövlətinin sonda elan edilməsi ilə BMT tərəfindən tanınması ilə nəticələnə bilər. Ümid edirəm ki, tezliklə bu münaqişə öz həllini tapacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB