Azərbaycanın Rusiyadakı səfirliyinin rəsmi teleqram kanalı istifadəyə verilib
Azərbaycanın Rusiyadakı səfirliyinin rəsmi teleqram kanalı istifadəyə verilib. SİA xəbər verir ki, teleqram kanalında yerləşdirilmiş müraciətdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkədə yaşayan soydaşlarımızı 8 Noyabr- Zəfər Günü münasibəti ilə təbrik edib.
Diplomat yazıb: "Bu gün kollektivimiz üçün əlamətdar gündür, çünki Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin teleqram kanalı istifadəyə verilir. Ümidvaram ki, bu teleqram kanalı ünsiyyətimiz üçün faydalı olacaq, öz fikirlərimizi geniş ictimaiyyətə çatdırmaq imkanı verəcək və əlbəttə, konsulluq xəbərlərini dərc etməyə kömək edəcək".
P.Bülbüloğlu ümidvar olduğunu bildirib ki, bu teleqram kanalı geniş ünsiyyət vasitəsinə çevriləcək. Səfir qeyd edib: "Bəzən öz evindəki divanda oturub Azərbaycan haqqında müxtəlif uydurmalar yayan hər cür qərəzli politoloqlara cavab verməli olursan".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB