Numan Kurtulmuş Zəfər Günü ilə bağlı paylaşım edib

Numan Kurtulmuş Zəfər Günü ilə bağlı paylaşım edib

"Qarabağ Zəfəri ilə yalnız işğal altındakı torpaqlar işğaldan azad olunmadı, həm də regionda intizarında olduğumuz daimi sülh, sabitlik və əməkdaşlıq mühiti təmin edildi". SİA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrui Numan Kurtulmuş 8 Noyabr - Zəfər Günü münasibətilə "X" hesabında yazıb.

O, Azərbaycan dövlətini və xalqını təbrik edib: "Bu Zəfər naminə canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə minnətdarlığımı çatdırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə