“Bu gün Zəfərin səsi Xankəndidən gəlir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bu gün Zəfərin səsi Xankəndidən gəlir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Mən deyərdim ki, Azərbaycan xalqının bugünkü Zəfər bayramından böyük bayramı yoxdur. Yüz illərdir torpaqları, qüruru əlindən alınan bu xalq artıq onun əlindən alınan hər şeyi geri qaytarıb, suverenliyini bərpa edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat sözlərinə belə davam edib: “Bu gün Zəfərin səsi Xankəndidən gəlir, bu gün vətən sevgisi Xankəndidən nümayiş olunur. Bu gün bütün dünya Azərbaycan xalqının qürurunu, gücünü Xankəndidən görəcək. Bu Zəfər paradı Azərbaycan xalqının arzu halının ifadəsi, təcəssümüdür. Biz bu qürur hissini başda Ali Baş Komandan İlham Əliyev olmaqla şanlı Azərbaycan Ordusuna borcluyuk. Vətən qeyrətli oğullarına minnətdardır.

Artıq Qarabağ Azərbaycanın bir çox tədbirlərinə ev sahibliyi edəcək, orada daima Azərbaycan bayrağı dalğalanacaqdır.

Zəfərimiz əbədi və daimi olsun, bu günə kimi suverenliyimiz uğrunda canını fəda etmiş bütün oğul və qızlarımızın ruhu şad olsun. Mən əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı zəfərini, qalibiyyətini müdrik və uzaqgörən ölkə başçısı cənab Prezident İlham Əliyevə borcludur. Bu xalq tarix boyu qorxmaz, igid olub, lakin tarix boyu da məğlubiyyətlərlə, itkilərlə qarşılaşıb. Xalqının igid oğlu İlham Əliyev Zəfərin səsini Xankəndidən çaldırdı”

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə