"Bu pulla pensiyaçı yavan çörək belə ala bilməz" - Qüdrət Həsənquliyev

"Bu pulla pensiyaçı yavan çörək belə ala bilməz" - Qüdrət Həsənquliyev

"Pensiyaların aşağı həddi 280 manatdır. Bu çox az bir məbləğdir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Qüdrət Həsənquliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Deputat sözlərinə belə davam edib: "Gəlin etiraf edək ki, bu pulla pensiyaçı yavan çörək belə ala bilməz. Hazırda nə qədər ki işsizliyin səviyyəsi yuxarıdır, buna görə verilən müavinətlər də artırılmalıdır. Elə etməliyik ki, bir çox insan ünvanlı sosial yardım ala bilsin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə