"AXCP və "Milli Şura" köhnə ənənələrindən çıxa bilmir" - MÜNASİBƏT

"AXCP və "Milli Şura" köhnə ənənələrindən çıxa bilmir" - MÜNASİBƏT

“Dünya düzəni dəyişir, yeni fikir, ideyalar və yanaşmalar formalaşır. Beynəlxalq aləmdə gedən sürətli proseslər Azərbaycana da təsirsiz ötüşmür və yeni reallıqlar ortadadır”. Bunu SİA-ya açıqlamasında AMİP funksyaneri Əli Orucov deyib.

Onun sözlərinə görə, Azərbayacan regionun güc mərkəzinə çevrilib: “Hətta bir sıra qlobal məsələlərdə Bakının mövqeyi nəzərə alınır. Lakin bütün bunların fonunda AXCP və "Milli Şura" köhnə ənənələrindən və steotiplərindən çıxa bilmir. Onlar hələ də ötən əsrin 80-90-ci illərində qalıblar. Müxalifətçilik dedikdə elə zənn edirlərlər ki, hər şey, ümumilikdə iqtidara pis demək lazımdır. Hakimiyyəti yeri-gəldi gəlmədi tənqid etmək, qərəzli və qeyri-obyektiv ittihamlarla süçlamaq müxalifətçilik sayılmır. Əli Kərimlinin və onun ətrafının yuxusunda da görə bilmədiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi həll olunub, daha böyük və strateji həfələrə doğru addım-addım irəliləyir. Bunları təqdir etmək, qarşıya qoyulan milli maraqlara xidmət edən hədəflərə çatmaq üçün dəstək vermək əvəzinə qara yaxmaq, cığallıq etmək, təbii ki, xalq tərəfindən də yaxşı qarşılanmır. Bəli, hökumətin fəaliyyətində qüsurlar və səhvlər ola bilər. Bunu dövlət başçısı özü də dəfələrlə dilə gətirib. Amma mütbət işlərə kölgəyə salmaq cəhdi qəbul edilmir. "Milli Şura" və AXCP-nin bu cür köhnə təfəkkürlə siyasətdə qalması onsuz da formaldır və ona görə də mövcudluğu ümumiyyətlə, hiss olunmur. Virtual olaraq bir-iki təfədarının saxta sosial şəbəkə hesabı ilə özünü böyük göstərməsi o demək deyil ki, siyasi fəaliyyətdədir. Siyasi partiyaların və siyasi liderlərin vəzifəsi xalqın və dövləti maraqlarını hər şeydən üstün tutmaqdır. Şəxsi maraqlarını güdənlərin isə yerini elə xaqlqın özün göstərir”.

Bütün xəbərlər Facebook səhifəmizdə