Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov etimadnaməsini İraq Prezidenti Əbdül Lətif Rəşidə təqdim edib.
SİA xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" hesabında bildirib.
"Azərbaycanın İraqdakı ilk rezident səfiri kimi fəaliyyət göstərmək mənim üçün şərəfdir. Azərbaycan və İraq arasında dostluğun və davamlı tərəfdaşlığın möhkəmlənməsinə sadiqəm", o paylaşımında qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB