"1991-ci il dekabrın 23-də səhər saat 7 radələrində ermənilər kəndə hücum edib. Həmin vaxt evdə iki azyaşlı uşağım, qardaşım və yoldaşımla birlikdəydik. Mən və qardaşım Rəhimov Salman ayağımızdan güllə yarası almışdıq. Sonradan bildik ki, İsrail silahları ilə yaralanmışıq". SİA xəbər verir ki, bu sözləri qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində çıxış edən Rəhimova Bəyim Oqtay qızı deyib.
"Bu hadisələrdən əvvəllər də çox yaralananlarımız olurdu. Mən tibb bacısı işlədiyim üçün xəbərdar idim. Hələ bir yaralımız var idi. Onu Raminin maşınına qoymuşduq ki, xəstəxanaya çatdıraq. Amma onun da maşınını vurmuşdular. Kəndimiz ümumiyyətlə, mühasirədə qalmışdı. Mən özüm də bir dəfə zəhərlənmişdim. Bizə heç kim kömək etmirdi. Kəndimizə güllələr yağış kimi yağırdı. Nə qadın bilirdilər, nə uşaq. Onlar hamını qırmağa gəlmişdilər.
Vaqif Xaçatryanın ən ağır cəza almasını, heç bir insaf göstərilməməsini istəyirəm",- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB