Azərbaycan və Türkiyə investisiya əlaqələrinin inkişafını müzakirə ediblər - FOTO
“Azərbaycan və Türkiyə arasında investisiya və kommersiya əlaqələrinin qarşılıqlı inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb”. SİA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, “Bakı KOB evi”ndə olub, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədovdan görülən işlər haqqında məlumat alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB