“Hər bir məcburi köçkün öz yurd-yuvasına qayıtmağı səbrsizliklə gözləyir. Artıq işğaldan azad edilmiş bir neçə ərazilərimizə köç prosesi baş tutub. Bütövlükdə köç prosesi müvafiq plan üzrə davam etdirilir və bununla da illərin həsrətinə son qoyulur”. Bu sözləri SİA-ya açıqlamasında Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur bərpa edilir, yenidənqurma işləri həyata keçirilir. Xüsusilə də təhlükəsizlik istiqamətində ərazilərin minalardan təmizlənməsi üçün lazımi bütün tədbirlər görülür.
Bu günlərdə yenidən Füzuli və Laçına köç karvanları getdi. Köç prosesi gün keçdikcə də intensivləşəcək. Biz də səbrsizlikdə doğma yurd-yuvamıza geri qayıtmağı gözləyirik”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB