“Polinezya illərdir Fransa müstəmləkəsi altındadır” - Heinui Robert le Kaill

“Polinezya illərdir Fransa müstəmləkəsi altındadır” - Heinui Robert le Kaill

“Polinezya illərdir Fransa müstəmləkəsi altındadır. Bizim millətin talehi Azərbaycan xalqına bənzəyir. Hər iki xalq uzun illər ədalətsizliklə mübarizə aparıb. Lakin bizim əsas fərqimiz Polinezya xalqının hələ də bu problemdən əziyyət çəkməsidir”. SİA xəbər verir ki, bu sözləri "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Kaill deyib.

Onun sözlərinə görə, Polinezyada yaşayan yerli əhali öz mədəniyyət və dilindən uzaqlaşdırılıb: “Onlara öz dillərində danışmaq qadağan olunub. Fransa bizim ölkəmizin adını dəyişərək fransız Polineziyası adlandırıb. O, hər kəsin maraq dairəsində olan Sakit Okean hövzəsindən uzaqlaşmaq istəmir. Məhz bu səbəbdən həmin bölgədə yerləşən xalqlara müstəmləkəçilik siyasəti həyata keçirir. Fransa torpaqlarımızın təbii qaynaqlarını istismar edir. Yerli əhalini kömür və qazın çıxarılması kimi ağır işlərdə çox az məbləğdə çalışdırır. Fransa hər il Polineziyanın kömür və qazından 25 milyard dollar qazanır. Öz qazının 70 faizini müstəmləkə altında saxladığı ölkələrdən əldə edir.

Bizim ölkənin nüfuzu 300 mindən çoxdur və orada yaşayan hər bir şəxs müstəqil olmaq istəyir. Müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən həbs edilir. Hər ay minlərlə polineziyalı gənc Fransız ordusuna çağırılır və onlar Fransanın müstəmləkə siyasətini bərqərar etmək yolunda ölürlər. Biz öz haqqımız olan suverənliyi istəyirik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə