“Komissiyanın növbəti iclasının bu ay keçirilməsi planlaşdırılır” - Ağalar Atamoğlanov

“Komissiyanın növbəti iclasının bu ay keçirilməsi planlaşdırılır” - Ağalar Atamoğlanov

“Orta Dəhlizin potensialı günü-gündən artır”. SİA xəbər verir ki, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Orta Dəhliz layihəsi təkcə region ölkələrinin deyil, həm də xarici investorların diqqətini cəlb edir: “Ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərdə vacib rol oynayır. Komissiyanın növbəti iclasının bu ay keçirilməsi planlaşdırılır”.

Bütün xəbərlər Facebook səhifəmizdə