“Paşinyan özü bir Qərb layihəsidir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Paşinyan özü bir Qərb layihəsidir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Paşinyan açıqlamasında deyib ki, biz artıq ABŞ-la əlaqələrimizi qurmaqda əməkdaşlıq etməkdə maraqlıyıq. İndiyənə qədər Rusiya ilə müttəfiq olmaqda çox səhv etmişik deməsi əlbəttə ki, burada açıq şəkildə narazılıq ifadə olunub”. Bunu SİA-ya açıqlamasında politoloq Tural Rzayev deyib.

Onun sözlərinə görə, Ermənistan açıq şəkildə öz siyasi mövqeyini dəyişməkdə qərarlı görünür: “Paşinyan özü bir Qərb layihəsidir, Qərb tərəfdən dəstəklənir. Amma görünən odur ki, indiyə qədər Rusiyanın təzyiqi qarşısında Rusiyanın sərhəddə törətdiyi təxribatlar qarşısında bu cür addımlar qarşısında geri addım ataraq bunu gizlədirdi. Artıq Ermənistanın Baş naziri Nikol Paşinyan qərar verib və bu məsələdə qətidir. Yəni Paşinyan artıq Ermənistanı Rusiyanın ordusundan çıxarıb Qərbə aparmaq istəyir. Bəs Rusiya buna icazə verəcəkmi? Düşünürəm ki, Rusiya çalışacaq ki, ölkədaxili sərt çevriliş edərək müxalifəti hakimiyyətə gətirsin və Paşinyanı uzaqlaşdırsın. Hərbi çevriliş etmək və Paşinyanı da fikizi məhv etməyə çalışa bilərlər. İstənilən halda Ermənistanı itirsə Rusiya Ermənistandakı hərbi bazanı itirəcək. Bu isə Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə