“Səfərlər nəticəsində iki ölkə arasındakı körpü daha da möhkəmlənir” - DEPUTAT DANIŞDI
“Macarıstan Azərbaycana dost ölkədir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatında da müşahidəçi statusuna malikdir. Macarıstan Azərbaycanı, o cümlədən türk dövlətlərini müxtəlif platformalarda dəstəkləyir. Bunlar nəzərə alınaraq, Azərbaycanla Macarıstan arasındakı münasibətləri qardaşlıq münasibətləri kimi də xarakterizə etmək olar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev deyib.
Onun sözlərinə görə, Macarıstanın Ramil Səfərovu Azərbaycana göndərməsi də bu dostluğun bariz nümunəsi idi: “Hazırda Macarıstan Azərbaycanla Aİ arasında münasibətlərin inkişafına kömək göstərən ölkədir. Bu gün qardaş Türkiyə ilə də Macarıstan arasında gözəl əlaqələr var.
Həm Macarıstanın ölkə rəhbərliyi, həm də Azərbaycanın dövlət başçısı tərəfindən qarşılıqlı səfərlər baş tutur. Bu səfərlər nəticəsində isə iki ölkə arasındakı körpü daha da möhkəmlənir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB